525.Az

Rusiyaya qarşı yeni sanksiyalar


 

Rusiyaya qarşı yeni sanksiyalar<b style="color:red"></b> Aİ Şurası Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar barədə qərar verib.
 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şuranın sədri Herman van Rompuy bəyan edib.
 
“Sanksiyalar Şuranın avqustun 30-da keçirilən iclasından sonra qəbul edilib. Aİ Şurası Rusiya ərazisindən Ukraynanın şərqinə  keçirilən silah, sursat və canlı qüvvə təchizatının qarşısının alınmamasını və təcavüzün artmasını pisləyib”, -  van Rompuy qeyd edib.
 
Bəyanatda həmçinin bildirilir ki sanksiyalar Rusiyanın Ukraynaya qarşı siyasətini dəyişmək məqsədilə tətbiq edilir.
 





09.09.2014    çap et  çap et