525.Az

Ağ işığın qayıtması


 

Ağ işığın qayıtması<b style="color:red"></b>

İşıq gəmiləri gələndə gizli gəlir. Hamının gözünə görünmür ki! İsa Muğanna işıq gəmilərini hamıdan çox gözləyirdi. Bir dəfə Ağstafadakı evindən məni ötürəndə gecənin gırt yarısıydı. Darvazanın küçəyə açılan qapısının yanında dayandı, göyə boylandı, dedi:

- Bunlar harda qaldı belə? Niyə gəlib çıxmadılar, görəsən?

"Kimi deyirsən?" deyəndə, "İşıq gəmilərini deyirəm dana!" - deyib mənimlə sağollaşdı.

O, inandığı kimi mən də inanırdım (və inanıram!) İşıq gəmilərinin olduğuna, yer üzünə gəldiyinə.

Gəldi o gəmilərdən biri yenə də. İçindən bir işıqlı, üzü nurlu, gülərüzlü bir Kişinin düşdüyünü öz gözlərimlə gördüm. Tanıdım o saat: o idi, Səməd Seyidov! Göylərə, çox güman ki, yerlər üçün işıq yığmağa gedibmiş.

Və əslində yerlərdə, xüsusən, Vətəni təmsil etdiyi bütün görüşlərdə çıxış edəndə özündən qabaq danışan göylərdən əxz etdiyi, yığıb gətirdiyi o işıqdı, o enerjidi! Ona görə də harda çıxış etməsindən asılı olmayaraq çıxışları təsirlidir, yüksək vətənpərvərlik ruhundadır, milli və bəşəri dəyərlərə xidmət edir.

Yenilməzdir, 44 günlük vətən müharibəsinin şəhidlərinin, qazilərinin səsi, sədası kimi! Çünki adi işıq deyil, Saf Ağ İşıqdı! İsa Muğanna dediyi Saf Ağ İnsanın İşığıdı! Nadir işıqdı! Kamil işıqdı!

Bu işıqdan, əminəm ki, Səməd Vurğunda da olmuşdu. Necə ki, İsa Muğanna bu işığın nəinki aşiqiydi, həm də daşıyıcısı və yaraşığıydı!

Səməd Seyidov da məhz belə aşiq və işıqdı. Azərbaycanın böyük ziyalısıdı, ictimai xadimidi.

Deputatdı - seçiciləriylə görüşə hər dəfə gələndə həmin Ağ İşıqla gəlir.

Döyüşçüdü - beynəlxalq səviyyədə hər dəfə Avropada bizə qarşı olan hücumları və çıxışları Ağ İşığıyla -sanki Həzrət Əlinin haça qılıncıyla doğrayıb tökür. İsa Muğanna işığa Qardaş demişdi. Mən də qardaşımızı - belə bir Saf Ağ İşığı -Saf Ağ Adamı 60 illik yübileyi münasibəti ilə təbrik edir və ona həsr etdiyim şeiri də oxucuların, bütün onu sevənlərin diqqətinə çatdırıram.

 

Biri şair oldu, o biri alim,

Amma hər ikisi bir dərddə çıxdı.

Biri Strasburqda, biri Londonda

Danışanda eyni xislətdə çıxdı!

Onlardan ötrüymüş tribunalar,

Sanan nahaq özün tribun sanar.

Yanarmış, hər iki tribun, yanar,

Məsləkləri günəş qüdrətdə çıxdı!

 

Nə gözəl yurdların var, Azərbaycan,

Çox şükürlər! Qazax adlanan yurddan

Yarandığı zaman, çıxdığı zaman,

Elm dəyarandı, sənət də çıxdı!

 

Tanrım! Qismətinə, payıma qurban,

Xalqımın adına, soyuna qurban!

Hər iki Səmədin boyuna qurban,

Çıxdı, sevincimiz son həddə çıxdı!

 

Hər ikisi fəxr, qürurdu bizə,

Heç biri heç zaman gəlməsin gözə!

Hansını axtarsaq, qənşərimizə

Çıxanda ən əvvəl sərhəddə çıxdı!

 

Nə vaxt ürək olur cahanda ürək?

Vətənə, torpağa yananda ürək!

Hər biri əlçatmaz ustad, şagirdtək

Ha baxdılar, mələk surətdə çıxdı!

 

Namərdlər! Siz kimsiz? Gözü götürməz!

Mən kiməm? Söz gəldi - sözü ötürməz!

"İki Səməd çıxmaz!" deyirdiniz bəs

Qazaxdan ikinci Səməd də çıxdı!

 

 

 





17.01.2024    çap et  çap et