525.Az

Şirvan sakinləri sənədsiz ov tüfənglərini polisə könüllü təhvil verib


 

Şirvan sakinləri sənədsiz ov tüfənglərini polisə könüllü təhvil verib<b style="color:red"></b>

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər davam etdirilir.

525.az-a bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Məlumata görə, aparılan tədbirlər nəticəsində ötən gün şəhər sakinləri tərəfindən 3 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 





18.01.2024    çap et  çap et