525.Az

Energetika Nazirliyi yanında İctimai şuranın iclası keçirilib


 

Energetika Nazirliyi yanında İctimai şuranın iclası keçirilib<b style="color:red"></b>

Energetika Nazirliyində İctimai şuranın sədri və üzvlərinin, həmçinin nazirliyin nümayəndələrinin iştirakı ilə növbəti iclas keçirilib.

525.az nazirliyə istinadən verdiyi məlumata görə, iclasda şura tərəfindən 2024-cü ildə görülməsi nəzərdə tutulan işlər və qarşıda duran məsələlər müzakirə olunub.

Aparılan geniş müzakirələr zamanı İctimai şura üzvlərinin təklifləri nəzərə alınaraq 2024-cü il üçün fəaliyyət planı, İctimai şura üzvlərinin etik davranış qaydaları və şuranın Reqlamenti təsdiqlənib.

 





18.01.2024    çap et  çap et