525.Az

Avropada qazın qiyməti 315 dollardan aşağı düşüb


 

Avropada qazın qiyməti 315 dollardan aşağı düşüb<b style="color:red"></b>

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 315 ABŞ dollarından aşağı enib.

525.az xəbər verir ki, 17 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 312 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (333,9 dollar) ilə müqayisədə 6,6% azdır.

Qeyd edək ki, 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
 

 





18.01.2024    çap et  çap et