525.Az

Ötən il Azərbaycanda mənzillər 10 faizə yaxın bahalaşıb


 

Ötən il Azərbaycanda mənzillər 10 faizə yaxın bahalaşıb<b style="color:red"></b>

2023-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2022-ci ilə nisbətən 9.7% bahalaşıb.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 7.8%, təkrar mənzil bazarında isə 9.8% artıb.

Qeyd edək ki, 2023-cü ilin IV rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 1,7%, o cümlədən ilkin mənzil bazarı üzrə 1,8%, təkrar mənzil bazarı üzrə 1,7% artıb.

 





18.01.2024    çap et  çap et