525.Az

Azərbaycan Slovakiya ilə energetika sahəsində əməkdaşlığı müzakirə edib


 

Azərbaycan Slovakiya ilə energetika sahəsində əməkdaşlığı müzakirə edib<b style="color:red"></b>

Azərbaycan və Slovakiya arasında iqtisadi və energetika sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir deyib ki, bu barədə müzakirələr Davos İqtisadi Forumu çərçivəsində Slovakiyanın Baş naziri Robert Fiso ilə görüşdə aparılıb.

Xatırladaq ki, yanvarın 14-də Davos İqtisadi Forumunun açılış mərasimi keçirilib. Forum yanvarın 19-na qədər davam edəcək. Dünya İqtisadi Forumu 1971-ci ildən keçirilir. Tədbir iqtisadi xarakter daşımasına baxmayaraq, dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.

 





18.01.2024    çap et  çap et