525.Az

"Azərbaycanda diplomatik fəaliyyətə başlamaqdan şərəf duyuram" -  ABŞ-nin yeni səfiri


 

"Azərbaycanda diplomatik fəaliyyətə başlamaqdan şərəf duyuram" - <b style="color:red"> ABŞ-nin yeni səfiri</b>

Mark Libbi (Mark Libby) ABŞ-nin Azərbaycana yeni təyin olunmuş səfiri kimi diplomatik fəaliyyətə başlamaqdan şərəf duyduğunu bildirib.

525.az xəbər verir ki, o, bu barədə səfirliyin "X" hesabında paylaşım edib.

“Mən ABŞ-nin Azərbaycandakı səfiri kimi rəsmi işimə başlamaqdan şərəf duyuram. Azərbaycanı kəşf etməyi, Azərbaycan xalqı ilə görüşməyi və ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi üçün çalışmağı səbirsizliklə gözləyirəm”, - əlavə edilib.

Qeyd edək ki, bu gün Mark Libbi etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

 





18.01.2024    çap et  çap et