525.Az

"Sumqayıtda yataqxanadakı yanğında 11 məcburi köçkün ailəsinə ziyan dəyib" -  Dövlət Komitəsi


 

"Sumqayıtda yataqxanadakı yanğında 11 məcburi köçkün ailəsinə ziyan dəyib" - <b style="color:red"> Dövlət Komitəsi</b>

Yanvarın 12-də Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş verən yanğında 11 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış sahəsinə ziyan dəyib.

525.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (Qaçqınkom) məlumat yayıb.

Bildirilib ki, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra "Qaçqınkom"un aidiyyəti struktur bölməsinin rəhbər şəxsləri hadisə yerinə yollanıblar:

"İlkin araşdırma nəticəsində 11 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı yaşayış sahəsinə ziyan dəydiyi müəyyən edilib. Hazırda Dövlət Komitəsinin rəhbərliyi hadisə yerindədir, siyahıyaalınma aparılır. Müvafiq tədbirlər görüləcək. Yanğın baş vermiş binada 35 ailə müvəqqəti məskunlaşıb. Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaqdır".

 





18.01.2024    çap et  çap et