525.Az

Davosda Azərbaycanın dayanıqlı istehsala keçidlə bağlı hədəfləri müzakirə edilib


 

Davosda Azərbaycanın dayanıqlı istehsala keçidlə bağlı hədəfləri müzakirə edilib<b style="color:red"></b>

Azərbaycan "Indorama Ventures" şirkəti ilə ölkənin dayanıqlı istehsala keçid sahəsində hədəfləri ilə bağlı müzakirələr aparıb.

525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir deyib ki, Davos İqtisadi Forumu çərçivəsində "Indorama Ventures" şirkətinin sədri Şri Prakaş Lohia ilə görüşdə müzakirələr aparılıb: “Tərəflər ekoloji təmiz texnologiyaların tətbiqinin qlobal əhəmiyyəti, şirkət tərəfindən təqdim edilən səmərəli mexanizmlər və əməkdaşlıq imkanları başlıca müzakirə ediblər”.

 





18.01.2024    çap et  çap et