525.Az

Partlayan binanın bir hissəsi boşaldılır


 

Partlayan binanın bir hissəsi boşaldılır<b style="color:red"></b> Xırdalanda dünən partlayış baş vermiş binanın bir hissəsi  boşaldılır.
 
APA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının iştirakı ilə partlayış baş vermiş blokdakı 4 ailənin, həmin bloka bitişik olan bloklardan isə 5 ailənin əşyaları mənzillərindən çıxarılıb.
 
Binanın partlayış baş vermiş bloku isə artıq sökülüb.
 
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Gəray Fərhadov APA-ya bildirib ki, partlayış baş verən blokdan və ətrafındakı bloklardan ümumilikdə 9 ailə Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə evlə təmin olunub.
 





09.09.2014    çap et  çap et