525.Az

Ötən il mobil operatorlar 1.1 mlrd. manatdan çox gəlir əldə ediblər


 

Ötən il mobil operatorlar 1.1 mlrd. manatdan çox gəlir əldə ediblər<b style="color:red"></b>

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2023- cü il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 16,3% artaraq 3206,5 milyon manat təşkil edib ki, onun da 71,8%-i əhali tərəfindən istehlak olunub.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, xidmətlərdən əldə edilən gəlirin 36,1%-i və ya 1158,5 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, ötən il mobil operatorların gəlirləri əvvəlki illə müqayisədə 11% artıb. Belə ki, 2022-ci il ərzində mobil telefon rabitəsi sahəsində 1042,7 milyon manat gəlir əldə edilib.

 





18.01.2024    çap et  çap et