525.Az

SOCAR Hindistan şirkətləri ilə əməkdaşlığı müzakirə edib


 

SOCAR Hindistan şirkətləri ilə əməkdaşlığı müzakirə edib<b style="color:red"></b>

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Hindistan şirkətləri ilə əməkdaşlıqları davam etdirmək niyyətindədir.

525.az xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Davos İqtisadi Forumu çərçivəsində SOCAR prezidenti Hindistanın neft və təbii qaz, həmçinin mənzil və şəhər işləri naziri Hardip S Puri (Hardeep S Puri) ilə görüşüb.

“Görüşümüz zamanı iki ölkənin şirkətləri arasında davam edən əməkdaşlığa müraciət etdik”, - deyə R. Nəcəf bildirib.

 





18.01.2024    çap et  çap et