525.Az

Nazirin Göyçaydakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib


 

Nazirin Göyçaydakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib<b style="color:red"></b>

Elm və təhsil naziri Emin Əmrullayevin yanvarın 26-da Göyçay rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Nazirlikdən 525.az-a bildirilib ki, qəbul yanvarın 22-də keçiriləcək. Qəbulda Göyçay, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Zərdab sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, qəbulda yalnız müvafiq qaydada müraciət etmiş şəxslər iştirak edəcəklər.

Sevinc Qarayeva 

 





18.01.2024    çap et  çap et