525.Az

Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edib


 

Rəşad Nəbiyev Naxçıvanda vətəndaşları qəbul edib<b style="color:red"></b>

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yanvarın 18-də Naxçıvan şəhərində vətəndaşları qəbul edib.

525.az nazirliyə istinadən məlumat verir ki, qəbul Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin inzibati binasında keçirilib.

Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının, həmçinin Naxçıvan şəhərinin sakinlərinin qəbulu zamanı nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri ilə bağlı müraciətlərə baxılıb.

Müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verilib.

Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi dərhal müsbət həllini tapıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.

 

 





18.01.2024    çap et  çap et