525.Az

Çinin "Tiencou-7" yük gəmisi kosmik stansiyaya çatıb


 

Çinin "Tiencou-7" yük gəmisi kosmik stansiyaya çatıb<b style="color:red"></b>

Çin Yer orbitində qurduğu "Tiengong" Kosmik Stansiyasına 6-cı təchizat ekspedisiyasına başlayıb.

525.az xəbər verir ki, Çin İnsanlı Kosmos Ekspedisiyaları Agentliyindən (CMSA) verilən açıqlamada "Tiencou-7" yük gəmisinin "Long March 7 Y8" raketi ilə Haynan adasındakı Vinçang Kosmik Kosmik Atış Mərkəzindən buraxıldığı bildirilib. Kosmik gəmi buraxıldıqdan 10 dəqiqə sonra planlaşdırılan orbital mövqeyinə çatıb və kosmik stansiyada lövbər salmağa başlayıb.

Təchizat ekspedisiyası 2023-cü ilin oktyabrında kosmik stansiyaya göndərilən taikonavt komandasının ehtiyaclarını ödəməyi hədəfləyir.

Qeyd edək ki, yük gəmisi kosmik stansiyaya 260 ədəddən ibarət 5,6 tonluq yük daşıyır.

Məhəmməd Tağıyev

 





18.01.2024    çap et  çap et