525.Az

"OpenAI" ABŞ ordusu ilə əməkdaşlıq edəcək


 

"OpenAI" ABŞ ordusu ilə əməkdaşlıq edəcək<b style="color:red"></b>

"OpenAI"nin kibertəhlükəsizlik xüsusiyyətlərini təkmilləşdirmək üçün ABŞ ordusu ilə bəzi layihələr üzərində işlədiyi açıqlanıb.

525.az xəbər verir ki, İsveçrənin Davos şəhərində keçirilən sonuncu Dünya İqtisadi Forumunda dünyanın ən məşhur süni intellekt şirkəti "OpenAI" ilə ABŞ Müdafiə Nazirliyi arasında yeni əməkdaşlıq elan edilib.

Tərəfdaşlıqları çərçivəsində OpenAI ABŞ ordusuna müxtəlif yönləri, o cümlədən kibertəhlükəsizliyi təkmilləşdirməkdə kömək etmək üçün süni intellekt texnologiyası və alətlərini verir.

Bu əməkdaşlığın əsas istiqamətlərindən biri Müdafiənin süni intellektin inkişafına kömək edəcəyi kibertəhlükəsizlik layihələridir.

Məhəmməd Tağıyev

 





18.01.2024    çap et  çap et