525.Az

Daha üç prezidentliyə namizədin vəkilləri qeydə alınıb


 

Daha üç prezidentliyə namizədin vəkilləri qeydə alınıb<b style="color:red"></b>

Daha üç prezidentliyə namizədin vəkil edilmiş şəxsləri qeydə alınıb.

525.az xəbər verir ki, məsələ barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova məlumat verib.

Belə ki, MSK-nın bu gün keçirilən iclasında prezidentliyə namizədlər Zahid Oruc və Fuad Əliyevin, o cümlədən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsi müzakirəyə çıxarılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, BAXCP-nin prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir.

 





18.01.2024    çap et  çap et