525.Az

Tramp qalib gələrsə Aİ-ni nə gözləyir?


 

Tramp qalib gələrsə Aİ-ni nə gözləyir?<b style="color:red"></b>

Donald Trampın ABŞ-də prezident seçkilərində qalib gələcəyi təqdirdə Avropa İttifaqı (Aİ) ölkələri müdafiə sahəsində daha yaxından əməkdaşlıq etməlidir.

525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu planı Avropa Parlamentinin sədr müavini Katarina Barley təklif edib.

Avropa Parlamenti sədrinin müavininin sözlərinə görə, Trampın ilk prezidentlik müddətindən sonra Aİ-nin strateji cəhətdən daha müstəqil olması aydın olub. "Tramp Avropanı tərk edərsə, Aİ təhlükəsizlik siyasəti baxımından hərəkətə keçməli və öz ayaqları üzərində dayanmalıdır", - deyə o bildirib.

Onun sözlərinə görə, Aİ üzvləri hərbi sahədə daha sıx əməkdaşlıq etməlidir. 

Qeyd edək ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Trampın yeni prezident olsa belə, ABŞ-nin Alyansda qalacağını bildirib. 

Havar Şəfiyeva

 





18.01.2024    çap et  çap et