525.Az

Aİ komissarı Almaniyanı Ukraynaya yardıma görə qınayıb


 

Aİ komissarı Almaniyanı Ukraynaya yardıma görə qınayıb<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) Almaniyanı Ukraynaya birtərəfli qaydada maliyyə yardımı etdiyinə görə qınayıb.

525.az xəbər verir ki, bu barədə Aİ-nın daxili bazar üzrə komissarı Tyerri Breton bildirib.

Breton Almaniya kansleri Olaf Şoltsun Ukraynaya 7 milyard avrodan çox yardım göstərilməsi ilə bağlı bəyanatını şərh edib. Şolts vurğulayıb ki, vəsait həm hərbi, həm də maliyyə yardımı üçün istifadə olunacaq.

Avropa komissarı bu addımı AB-nin çoxtərəfli mexanizmlərindən keçməyəcəyi üçün pisləyib. “Bu gün biz Almaniyanın təkbaşına hərəkət etməyə çalışdığını görürük. O, xüsusən də Avropa Sülh Fonduna dəstəyi dayandırmağa çalışır”, - deyə Avropa rəsmisi əlavə edib.

Havar Şəfiyeva

 





18.01.2024    çap et  çap et