İran Pakistanın sərhəd bölgəsindəki bir kəndə atdığı raket hücumunda 3-ü qadın, 4-ü uşaq olmaqla 9 nəfərin həyatını itirdiyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, İran dövlət televiziyasına danışan Sistan-Bəlucistan əyalətinin qubernatorunun müavini Əli Rza Mərhaməti bildirib ki, Pakistan səhər saatlarında vilayətin sərhəd bölgəsindəki kəndə raket hücumu edib.
İran rəsmisi: “Bu hücumda 3 qeyri-iranlı qadın və 4 uşaq həyatını itirib”, - deyib.
Mərhaməti vilayətin Seravan şəhərində də partlayış baş verdiyini, lakin can itkisinin olmadığını bildirib.
Malik Atilay
çap et