525.Az

Almaniyada məscidlərə hədələyici məktublar göndərilir


 

Almaniyada məscidlərə hədələyici məktublar göndərilir<b style="color:red"></b>

İsrailin 2023-cü il oktyabrın 7-də Qəzza zolağına başlayan hücumlarından sonra Almaniyada məscidlərə göndərilən təhdid məktubları artıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Mərkəzi Kölndə olan Diyanət İşləri Türk-İslam Birliyi (DİTİB) nəzdindəki ayrı-seçkiliklə mübarizə qurumundan verilən açıqlamada Almaniyadakı məscidlərə təhqir və təhdidlər ehtiva edən çoxlu elektron məktubların göndərildiyi bildirilib.

Açıqlamada son təhqir və irqçi məktubun Dinslakendəki DİTİB Səlimiyə məscidinə göndərildiyi bildirilib.

Digər tərəfdən, açıqlamada ilin əvvəlindən bu yana Köln Mərkəzi Məscidinə 17 irqçi və təhdid dolu e-poçt göndərildiyi barədə məlumat paylaşılaraq: "Hər gün müsəlmanlara qarşı məzmunun alınması cəmiyyətləri dərindən narahat edir", - ifadəsi işlədilib.

Açıqlamada bu vəziyyətlə bağlı polisə məlumat verildiyi və məsələ ilə bağlı araşdırma aparıldığı qeyd edilib.

Malik Atilay

 





18.01.2024    çap et  çap et