525.Az

Rusiya Şimali Koreya ilə əməkdaşlığı dərinləşdirir


 

Rusiya Şimali Koreya ilə əməkdaşlığı dərinləşdirir<b style="color:red"></b>

Rusiya KXDR ilə bütün sahələrdə əlaqələri daha da inkişaf etdirməyi hədəfləyir.

525.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvanın Pxenyanla əməkdaşlıqda hədəflərini Rusiya Pprezidentinin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

"Biz dəfələrlə demişik və bir daha təkrar etməyə hazırıq ki, KXDR bizim çox vacib tərəfdaşımızdır və biz bütün sahələrdə, o cümlədən həssas sahələrdə əlaqələrimizi daha da inkişaf etdirməyə çalışırıq", - deyə Kreml rəsmisi bildirib.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Moskvaya rəsmi səfəri zamanı Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui ilə görüş keçirib, görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov da iştirak edib. Peskov bildirib ki, Lavrov Putinə Şimali Koreya diplomatik departamentinin rəhbəri ilə ikitərəfli danışıqların nəticələri barədə məlumat verib.

Havar Şəfiyeva

 





18.01.2024    çap et  çap et