Fransanın bu il Rusiyaya qarşı döyüşən Ukrayna üçün 72 "Caesar" artilleriya sistemi istehsal edəcəyi açıqlanıb.
525.az xəbər verir ki, Fransa Müdafiə Nazirliyindən verilən məlumata görə, Fransa və ABŞ-nin rəhbərliyi ilə yaradılan, Ukrayna ordusuna qısa və uzunmüddətli dövrdə dəstək məqsədi daşıyan artilleriya koalisiyası təşəbbüsünün açılışı paytaxt Parisdə keçirilib.
Ukraynalı həmkarı Rustem Umerovun videokonfrans vasitəsilə iştirak etdiyi açılışda çıxış edən Müdafiə naziri Sebastyan Lekornu, Fransanın dövlətə məxsus "Nexter" müdafiə şirkəti tərəfindən istehsal olunan taktiki təkərli maşına quraşdırılmış "Caesar" artilleriya sistemlərindən 6-nın yaxın həftələrdə Ukraynaya göndəriləcəyini bildirilib.
Nazir Lekornu şirkətin bu il Ukrayna üçün 72 artilleriya sistemi istehsal edəcəyini və onlardan 12-nin Fransa tərəfindən maliyyələşdiriləcəyini qeyd edib.

Məhəmməd Tağıyev
çap et