525.Az

Meloni Bill Qeytslə görüşüb


 

Meloni Bill Qeytslə görüşüb<b style="color:red"></b>

İtaliyanın Baş naziri Corca Meloni "Microsoft"un qurucusu və amerikalı iş adamı Bill Qeytslə süni intellekt texnologiyasını müzakirə edib.

525.az xəbər verir ki, Meloni Qeytsi Romadakı baş nazir sarayı Chigi-də qəbul edib. Bir saat davam edən görüşdə İtaliyanın G7-yə sədrlik müddətinin prioritet mövzularından biri olan süni intellekt məsələsi müzakirə olunub.

Görüşdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Süni İntellekt Komitəsinin italiyalı üzvü, Papa Qriqorian Universitetinin professoru Paolo Benanti də iştirak edib.

Qeyd edək ki, görüş sonunda jurnalistlərə açıqlama verən Benanti, Qeytsin süni intellektin doğru əllərdə olmasının vacibliyini vurğuladığını söyləyib.

Məhəmməd Tağıyev

 





19.01.2024    çap et  çap et