525.Az

Hindistanda qayıq batdı - 14 nəfər öldü


 

Hindistanda qayıq batdı - <b style="color:red">14 nəfər öldü</b>

Hindistanın qərbindəki Qucarat əyalətində tələbə və müəllimləri daşıyan kiçik qayığın batması nəticəsində 14 nəfər ölüb.

525.az xəbər verir ki, polis əyalətin Vadodara şəhərindəki göldə tələbə və müəllimləri daşıyan kiçik qayığın çevrildiyini açıqlayıb. Qayıqda 4 müəllim və 24 şagirdin olduğunu qeyd edən səlahiyyətlilər, hadisədə 14 nəfərin öldüyünü açıqlayıb.

Əyalət baş naziri Bupendra Patel qəzadan sağ çıxanlara lazımi yardım və müalicənin göstərilməsini əmr etdiyini vurğulayıb.

Qeyd edək ki, Patel axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib.

Məhəmməd Tağıyev

 





19.01.2024    çap et  çap et