525.Az

Aİ yük maşınları və avtobusların emissiyalarını azaldır


 

Aİ yük maşınları və avtobusların emissiyalarını azaldır<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) qurumları 2040-cı ildən başlayaraq yük maşınları və avtobuslar kimi ağır nəqliyyat vasitələrinin karbon emissiyalarını 90 faiz azaltmağa razılaşıb.

525.az xəbər verir ki, Aİ Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlarda ağır avtomobillərin tullantılarının azaldılması ilə bağlı yeni qaydalar barədə razılığın əldə edildiyini açıqlayıb.

Müvafiq olaraq, yeni qaydalarla yük maşınları və avtobusların yaratdığı çirklənmə azalacaq. Avtobuslar və yük maşınları da daxil olmaqla yeni ağır nəqliyyat vasitələri üçün karbon emissiyasının azaldılması hədəfləri artırılacaq.

Qeyd edək ki, Avropa ölkələrində şəhər ərazilərində işləyən avtobuslarda da 2035-ci ildən etibarən sıfır emissiya olması hədəflənir.

Məhəmməd Tağıyev

 





19.01.2024    çap et  çap et