525.Az

"Ax-3" komandası "Dragon" kapsuluna yerləşdi


 

"Ax-3" komandası "Dragon" kapsuluna yerləşdi<b style="color:red"></b>

Türkiyənin ilk kosmik səyahətçisi Alper Gezeravcının da olduğu "Ax-3" komandası onları Beynəlxalq Kosmik Stansiyaya (BKS) daşıyacaq "SpaceX"in "Dragon" kapsuluna yerləşib.

525.az xəbər verir ki, "SpaceX" sosial media hesabı "X"də "Ax-3" komandasının kosmosa səyahət edəcəkləri kapsula çatdığı anları paylaşıb.

Paylaşımda xüsusi astronavt kostyumlarında buraxılış sahəsinə gəldikləri görülən "Ax-3" heyətinin "SpaceX"in BKS-ə gedəcəkləri "Falcon 9" raketinin yanında həyəcanlı olduqları müşahidə edilib.

Məhəmməd Tağıyev

 





19.01.2024    çap et  çap et