İspaniyanın “El Diario” qəzetinin dərc etdiyi sorğuya görə, hər 10 ispandan 6-sı İsrailin Qəzza zolağına hücumlarına qarşıdır və atəşkəs istəyir.
525.az xarici mediaya istinadən xəbər verir ki, qəzetin dərc etdiyi nəticələrdə sorğuya qatılan ispanların 60,7 faizi İsrailin 7 oktyabrdan bəri davam edən və bu günə qədər 24 min 400-dən çox insanın həyatını itirdiyi Qəzza zolağına hücumlarını pisləyib.
Sorğuda ispanların yalnız 16,8 faizi İsraili dəstəkləyib, təxminən 23 faizi isə fikir bildirməkdən çəkinib.
Bundan əlavə, 57,9 faiz İspaniya hökumətinin İsraildən “dərhal və qeyd-şərtsiz atəşkəs” tələbini dəstəkləyib.
Digər tərəfdən, İsrailin Qəzza zolağına hücumlarının başladığı 7 oktyabrdan bəri İspaniyada ən böyük nümayişlərdən biri sabah keçiriləcək.
Qeyd edək ki, yüzdən çox qeyri-hökumət təşkilatının dəstəyi ilə qurulan Fələstinin İşğalına Qarşı Həmrəylik Şəbəkəsinin (RESCOP) çağırışı ilə "Fələstində soyqırımı dayandıraq" başlığı ilə təşkil edilmiş nümayişlər İspaniyanın 90-dan çox əyalət və rayonunu əhatə edib.
Malik Atilay
çap et