525.Az

Qəzzada xeyli mülki itki var - Lavrov


 

Qəzzada xeyli mülki itki var - <b style="color:red">Lavrov</b>

Qəzzada keçirilən əməliyyatlarda mülki itkilər xeyli çoxdur.

525.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Lavrov İsrail hökumətinin reaksiyasını Qəzza və Ukraynadakı münaqişələr zamanı itkilərlə müqayisə edib. O, qeyd edib ki, İsrail hökuməti mülki vətəndaşların itkilərini müharibə faciəsi ilə əlaqələndirir.

Qeyd edək ki, Lavrov bundan əvvəl İsrail və Fələstin arasında qarşıdurmanın həlli prosesini şərh edib. O vurğulayıb ki, münaqişə tərəfləri arasında birbaşa dialoq olmadan qapalı təmaslar nəticə verməyəcək.

Havar Şəfiyeva

 





19.01.2024    çap et  çap et