525.Az

Fransa Ukraynaya AASM bombası verəcək


 

Fransa Ukraynaya AASM bombası verəcək<b style="color:red"></b>

Paris Ukraynaya ayda sovet təyyarələri üçün uyğunlaşdırılmış 50 AASM hava bombası göndərmək niyyətindədir.

525.az xəbər verir ki, bu sözləri Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu "France Inter" radiostansiyasının efirində deyib.

"Yanvar ayından başlayaraq 2024-cü il ərzində ayda 50 bomba tədarük edəcəyik" - deyə nazir tədarükləri açıqlayıb.

Lecornu əlavə edib ki, o, Ukraynaya göndərilən vaxta qədər sürüşmə sursatları "MiG" və "Sukhoi" seriyalı təyyarələr üçün uyğunlaşdırılacaq. Nazir həmçinin qeyd edib ki, Fransa əvvəllər razılaşdırılmış 2 min əvəzinə ayda 3 min mərmi tədarük edəcək.

Havar Səfiyeva

 





19.01.2024    çap et  çap et