Fransa Xarici İşlər Nazirliyi Ukraynada və dünyanın istənilən yerində fransız muzdlularının olmasını təkzib edib.
525.az xəbər verir ki, bu barədə "France24" Fransa Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
“Fransanın bəzi ölkələrdən fərqli olaraq nə Ukraynada, nə də başqa yerdə muzdlu əsgərləri yoxdur”, - deyə Fransa Xarici İşlər Nazirliyi bildirib.
Qeyd edək ki, bundan əvvəl Fransanın səfiri Pyer Levi Rusiya hərbçilərinin Xarkovdakı muzdlu bazaya endirdiyi zərbədən sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Havar Şəfiyeva
çap et