525.Az

Britaniyadan qızılca ilə bağlı XƏBƏRDARLIQ


 

Britaniyadan qızılca ilə bağlı <b style="color:red">XƏBƏRDARLIQ</b>

Böyük Britaniyanın Səhiyyə Xidmətləri Agentliyi (UKHSA) ölkədə qızılca epidemiyası riski barədə xəbərdarlıq edib.

525.az xarici mediaya istinadən xəbər verir ki, Qərbi Midlenddə 1990-cı illərdən bəri ölkədə baş verən ən böyük qızılca epidemiyası qeydə alınıb. 2023-cü ilin oktyabr ayından bəri bölgədə 216 təsdiqlənmiş qızılca hadisəsi baş verib və ölkədə fövqəladə vəziyyət elan edilib.

“Qızılcaya qarşı peyvəndlərin sayının artırılması üçün təcili tədbirlər görülməsə, xəstəliyin növbəti epidemiyaları digər şəhərlərə yayılacaq”, - deyə agentlik qeyd edib. UKHSA vurğulayıb ki, ən effektiv müalicə ömürlük toxunulmazlığı təmin edən MMR jab ilə peyvənddir.

Malik Atilay

 





19.01.2024    çap et  çap et