525.Az

Bəstəkar Aydan Əliyevanın "Qəribə adam" mahnısı işıq üzü görüb


 

Bəstəkar Aydan Əliyevanın "Qəribə adam" mahnısı işıq üzü görüb<b style="color:red"></b>

Bəstəkar, pianoçu Aydan Əliyevanın 2024-cü ilin ilk ayında yeni yazdığı "Qəribə adam" adlı mahnısı işıq üzü görüb.

525.az xəbər verir ki, mahnının sözləri Şahmar Məmmədov, aranjimanı Fariz Əliyev, videoçəkilişi isə Elçin Məmmədova aiddir. Mahnının orta hissəsində Bakıdan bəhs edən mətni qiraət edərək Hüseyn Qurbanzadə səsləndirib. Çəkiliş Bakı şəhərinin Bulvar ərazisində baş tutub.

Bəstəkar mahnını söz müəllifi rejissor, aktyor Şahmar Məmmədovun şeirindən ilhamlanaraq belə adlandırmaq qərarına gəlib: "Yaradıcı adamların ideologiyası fərqli olur, biz hər kiçik baş verən hadisədən belə təsirlənərək gözəl bir iş ərsəyə gətirə bilərik, bu mahnının sözlərini istedadlı insan, Gəncə Dövlət Dram Teatrının rejissoru Şahmar Məmmədov mənə göndərən kimi sözlərdə öz ruhumu tapdım, dərhal piano arxasına keçərək bu sözlərə musiqi bəstələdim. Düşünürəm ki, mahnı müəyyən ictimaiyyət tərəfindən bəyənilərək sevgi ilə dinləniləcək. Təşəkkür edirəm".

Qeyd edək ki, Aydan Əliyeva keçən il Bakı Musiqi Akademiyasının magistratura pilləsindən məzun olaraq Bəstəkarlıq fakultəsini, professor Aydın Əzimovun sinfini bitirib. O bir neçə müsabiqə qalibi olmuş, festivallarda iştirak edərək laureat olmuşdur. 2020-ci il Qarabağ savaşına həsr etdiyi və üzərində yarım il vaxt sərf etdiyi iri həcmli simfonik poeması yaradıcıllığının şah əsəri hesab olunur. Bəstəkar qeyd edir ki, ən böyük arzusu da elə bu əsərinin səhnələşdirilməsidir.  

Yeni mahnını sizə təqdim edirik:

 





19.01.2024    çap et  çap et