-Misir İsrail və Fələstin arasında vasitəçi rolu yerinə yetirir. Danışıqlar hələ də gərgin və ləng olsa da, regionda sülhün bərpası ümidsizdir. Problem nədədir?
-İlk növbədə, Misir fələstinlilərin azadlıqlarının əldə edilməsini və beynəlxalq hüquqa və iki dövlətin razılığına uyğun olaraq müstəqil və suveren dövlət qurmasını dəstəkləyir. Fələstin məsələsi həmişə Misirin milli təhlükəsizliyinin bir hissəsi olmuş və Misir Fələstin xalqını qorumaq üçün heç nə əsirgəməmiş və çoxlu qurbanlar vermişdir. İsrail və Fələstin arasındakı münaqişədə Misirin rolu zəruri və əvəzedilməzdir, Misir tərəflər arasında olan boşluqların doldurulmasına çalışır və biz tezliklə məqbul kompromis əldə edilməsinə ümid edirik. Misir tərəflər arasında müvəqqəti atəşkəsin əldə olunmasına nail olub, lakin şübhə və inamsızlıq bunu pozur....sabit atəşkəsə nail olmaq və Fələstin xalqının əzablarına son qoymaq üçün daha çox səy göstərmək lazımdır.
-İraqda və Suriyada hökm sürən proseslərə Misirin münasibəti necədir?
- Zəngin tarixi və sivilizasiyası ölkəsi olan iki böyük dövlət İraq və Suriyada baş verən qanlı hadisələri Misir çox narahatlılıq və təəssüf hiss ilə izləyir. Buna görə də Misir hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət olaraq bu siyasi böhranın həlli üçün beynəlxalq və regional səyləri dəstəkləyir. Biz həmçinin beynəlxalq təşkilatların terrorizmə qarşı mübarizəsini dəstəkləyirik, nəzərə alaq ki, terrorizm sərhəd tanımır və hansısa bir ölkənin sərhəddində məhdudlaşmır.
-İnqilabdan sonra Misir nə qazandı və nə itirdi? Hazırda Misirdə bərpa və islahatlar hansı səviyyədədir?
-Bəli, Misir iki il ərzində iki məşhur milli inqilabın şahidi olmuşdu. Birinci dəfə 25 yanvar 2011-ci ildə korrupsioner rejim, ikinci dəfə 30 iyun 2013-cü ildə isə Müsəlman qardaşların fanatik rejim devrildi. Biz deyə bilərik ki, Misir 3 ildir ki, korrupsiyaya və fanatizmlə üz-üzə qalıb. Hələki Misir enişli-yoxuşlu bir keçid dövrü keçir, lakin misirlilər irəli getmək üçün və bütün sahələrdə geniş islahatlar aparmaq və inkişafa nail olmağa çox qərarlıdırlar.
-Keçmiş və hazırkı hökumət arasında fərq nədən ibarətdir?
-Dəyişikliklər çox sadədir. Bu, Müsəlmanlar Qardaşlar fanatik ideologiyası, xalqın vətənpərvərlik ruhu və yeni rejimin obyektivliyindən ibarətdir. Yeni seçilmiş prezident əksər misirlilərin kütləvi dəstəyini alıb, hökumət həyatın bütün sahələri üzrə islahatlar üzərində işləyir.
-İnqilabdan sonra Azərbaycan və Misir əlaqələri barədə nə deyə bilərsiniz?
-Misir və Azərbaycan arasında əlaqələr ortaq tarixə və mədəniyyətə, qarşılıqlı hörmətə, bütün sahələrdə müsbət əməkdaşlığa əsaslanır, belə ki, ikitərəfli əlaqələr adlardan asılı deyil..Misir Azərbaycanın davamlı inkişafını və uğurlarını heyranlıqla izləyir. Dünyanın bir çox yerlərində fanatizmin və ekstremizmin cərəyan etdiyi bir dövründə Azərbaycanda müxtəlif dinlər arasında tolerantlığı qeyd etmək istərdim, buna görə də Azərbaycan izləniləcək bir model olmuşdur. Misir Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanıyan, müstəqillik əldə etdikdən sonra mümkün yardım və köməklik göstərməyə hazır olan və 1992-ci ildə Azərbaycanda səfirliyini açan ölkələr sırasında olmuşdur. Misir Azərbaycanın ərazi bütövlüyünü vurğulayaraq, BMT Təhlükəsizlik Şurası və beynəlxalq təşkilatların qətnamələrini dəstəkləyir. Biz ATƏT-in Minsk qrupunun davam edən vasitəçilik səylərini ilə regionda sülhə və rifaha nail olunacağına və uzun sürən münaqişənin sülh yolu ilə ədalətli həll olunacağına ümid edirik.
-Mədəniyyət sahəsində əlaqələr necədir?
-Bakıdakı Misir Mədəniyyət Mərkəzi iki ölkə arasında mədəni əlaqələrin inkişafında körpü rolunu oynayır. Misir və Azərbaycan arasında mədəni əlaqələri çox müsbət şəkildədir və bu sahədə əlaqələri möhkəmləndirmək üçün hər iki ölkə rəsmilərinin səfər mübadiləsi var. Məsələn, keçən iyun ayında Bakı Misir Mədəniyyət Günlərinə ev sahibliyi etdi, gələn il isə Misirdə Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Hazırda turizm sahəsində qarşılıqlı əməkdaşlıq var, gələcəkdə Bakı ilə Şarm Əl Şeyx, Hurqada və Qırmızı Dənizin nüfuzlu kurortları arasında uçuşlar həyata keçirilməsi planları var.
Pərvanə