525.Az

"Ailə münasibətlərində qalib olmamalıdır"


 

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın "525"ə müsahibəsi

"Ailə münasibətlərində qalib olmamalıdır"<b style="color:red"></b>

- Mehriban xanım, son illər Azərbaycanda ailə-məişət zəminində zorakılıq halları çoxalıb. Bunun əsl səbəbləri barədə müxtəlif fikirlər yürüdülür. Sizcə, başlıca səbəblər hansılardır?

- Problem həqiqətən olduqca kəskin forma alıb. Bir çoxlarının rəyinə görə, Azərbaycan ailəsində həmişə zorakılıq mövcud olub. Bu fikirlə o qədər razı deyiləm. Əslində, Azərbaycan ailəsi patriarxal ailə modeli ilə idarə olunaraq, ailədə hər kəsin öz rolları müəyyən edildiyindən qeyd olunan zorakılıq halları indiki formada deyildi. Əgər biz ölüm halları ilə bağlı 25 il əvvələ baxsaq, o halda ailədə qadınların öldürülməsi faktının indiki ilə müqayisəsi əlçatmazdır. Kişinin ailədə nüfuzu rolu, o cümlədən, qadının ailədəki rolu balanslı şəkildə bölünərək ailə idarəçiliyində tarazlanıb. Bu gün ailədə idarəçilik uğrunda mübarizə ailə modelinin iflasına gətirib çıxarır. Əvvəlki idarəçilik yoxdur yenisi isə formalaşmayıb. Burada nüfuz məsələsi önəmli məsələdir. Nüfuz ailənin idarə olunması tərəflərin bir-birinə qarşı münasibətlərini formalaşdıran çox vacib amildir. Lakin hazırda ailə quran şəxslər qarşısındakına nüfuz sahibi kimi baxa bilmir. Ailə üzvlərinin cəmiyyətdə bir-birini şəxsiyyət kimi təqdim edə bilməməsi ailə münasibətlərinə ciddi zərər vurur.

Baş verən hadisələrin iqtisadi amillə bağlanması da absurddur. Hesab etmirəm ki, ailədə zorakılığın artması iqtisadi amillə bağlıdır. Burada əsas amil sosial-psixoloji faktordur. Kütləvi deqradasiya səbəb olan filmlər, axmaq teleşoular ailə münasibətlərinə ciddi zərər vurur. Ailədə abır, ismət, həya kimi vacib psixoloji amillər yoxa çıxıb. Daha çox kim qışqırırsa, o, qalib hesab olunur. Ailə münasibətlərində qalib olmamalıdır. Ailə münasibətlərində qarşılıqlı hörmət - nüfuz anlaşma olmalıdır.

Zorakılığın artımına təsir edən amillərdən biri kişinin öz mənini zorakılıq yolu ilə təsdiq etməsidir. Müşahidələr göstərir ki, zəif kişilər qadını qorxu altında saxlamaqla özünə tabe etmək yolunu seçməyə üstünlük verirlər. O qadının mənini aşağılamaqla onu özünə tabe etdirmək istəyini ortaya qoyur. Bir- biri ilə hiss düşüncələrini bölüşməyən insanlar arasında aqressiya daha çox artır. Evliliyin məcburi olması da hər iki tərəf arasında daxili natamamlıq hissini formalaşdırır. Ailə quran şəxslər arasında nikaha şüurlu girmək halı çox azdır. Nikah böyük məsuliyyətdir. Təəssüf ki, bizdə nikah sadəcə, nəsilartırma prosesidir. Ailə üzvlərinin bir-birinə qarşı kifayət qədər məsuliyyətli ola bilməməsi zorakılığa rəvac verir.

- Zorakılıq hallarının "artım" tempinin aşağı endirilməsi, minimum səviyyəyə çatdırılması üçün sizcə, hansı tədbirlər görülməlidir?

- Bütöv harmonal ailə dövlət üçün vacib bir atributdur, sovet dönəmində aparılan bir tədqiqatı həmişə misal gətirirəm. MDB dövlətləri arasında aparılan sorğuda Azərbaycan ailəsi ən uğurlu möhkəm ailə modeli kimi qeydə alınmışdı. Bu araşdırmanın mahiyyəti heç ailə modelini öyrənmək deyildi. Əslində, dövlət idarəçiliyi ilə bağlı məsələ idi. Yəni, ailə möhkəm uğurlu olarsa, dövlətin idarə edilməsi çox uğurlu olar. Demirəm ki, bizim bütün ailələr uğursuzdur - əksinə, keçmiş MDB dövlətlərinə baxanda kifayət qədər möhkəm ailə modeli hələ özünü qoruyub saxlayır. Lakin problem var bu problemdən çıxmaq lazımdır. Bəzi stereotiplər var ki, onlardan uzaqlaşmaq, bəziləri var ki, onları qoruyub saxlamaq lazımdır. Bilirsiniz, ölkədə ailə-məişət məsələləri ilə bağlı beyin mərkəzləri olmalıdır. Onlar baş verən hadisələri təhlil etməli hər bölgənin özünə uyğun strategiyalar hazırlamalı, onu tətbiq etməlidirlər. Erkən nikahlarla bağlı bir neçə gün öncə Cənub bölgəsində oldum. İnsanlar artıq erkən nikahın cinayət olduğunu anlayır, bundan çəkinirlər. Amma bu, başqa bölgələrdə qismən var. Ümumiyyətlə, ailə-məişət məsələsi ilə bağlı ümumi strategiyaların hazırlanması doğru deyil, çünki Azərbaycanda çoxsaylı etnik təbəqələrlə yanaşı, hər bölgənin özünəməxsusluğu da var. Ona görə hesab edirəm ki, bu halla bağlı dövlət orqanları ilə yanaşı, vətəndaş cəmiyyəti - bələdiyyələr, fərdlər məşğul olmalıdır.

- Bir məqam da var etiraf olunmalıdır ki, gender əsaslı zorakılıq - qadın kişi arasında bərabər olmayan qüvvələrin təzahür formasıdır   bu daha çox qadınlar üzərində hökmranlığa gətirir.

- Təəssüf ki, bu, acı reallıqdır. Ailədə zorakılıq - bu mübahisə, münaqişədir. Münaqişə mübahisə - müəyyən məsələlərdə bir-biri ilə razılaşmayan öz mövqeyi üzərində dayanan tərəflərin vəziyyətidir. Ailədə zorakılıq prosesində isə tərəflərarası bərabərliyə imkan yaranmır. Zorakılığı törədən tərəf fiziki güc, iqtisadi imkanlar sosial statusundan nəzarət məqsədi ilə istifadə edir. Bəzi hallarda qəddarlıqla müşahidə edilən zorakılıq hallarını müxtəlif adlarla qiymətləndirsələr , əslində həmin qiymətləndirmə dörd növə təsnifatlanır.

Məsələn, əgər qadın əri tərəfindən döyülüb, şikəst olursa, bu prosesdə fiziki güc tətbiq edildiyindən, bu fakt fiziki zorakılıq hesab edilir. Bəzən fiziki güc tətbiq edilir ki, bu davranış nəticəsində qurban fiziki psixoloji travmalar alır. Başqa halda, mənəvi təsirdən istifadə edilir ki, zorakılığın bu forması fiziki zədələr qoymasa da, amma qurbanlarının psixi vəziyyətinə çox ciddi təsir edir. Bundan başqa, zorakılığın müxtəlif formalarının tətbiqi kompleks şəkildə həyata keçirilə bilər. Belə ki, fiziki təsir tərəfmüqabili üzərində hakimiyyətin nəzarətin qurulması üçün istifadə edilirsə, psixoloji zorakılıq isə nəzarəti gücləndirir. Bu, zorakılığın ən geniş yayılmış təhlükəli formasıdır. Adətən zorakılığın bu forması ayrılıqda təsnifatlandırılsa da, əslində fiziki zorakılıqla psixoloji zorakılıq paralel tətbiq edilir. Qışqıraraq öldürmə hədəsini bildirən kişi fiziki zorakılığı tətbiq etmiş olur. Birinci halda, yəni fiziki zorakılıq etmiş kişinin hərəkətləri, hüquqi aspektdən cinayət kimi qiymətləndirilirsə, digər aspekt üzrə, yəni, sözlə ifadə edilən öldürmək hədəsi, psixoloji zorakılıq halı kimi qiymətləndirilir. Zorakılıq mühitində yaşayan zorakılıqdan zərər çəkmiş şəxslər aşağıdakı hissləri keçirə bilər: dəhşət, təlaş, acizlik, ümidsizlik ya gücsüzlük, təhlükəsizliklə bağlı narahatlıq, günahkarlıq hissi, ruh düşkünlüyü, dəhşətli qarabasmalar, özünəəminlik hissinin itirilməsi, xoşagəlməz xatirələr, həyəcan hissləri, depressiya, fobiyalar, kədər, intihara meyllilik, özünü təqsirləndirmələr, inam hissinin itirilməsi, ruhi sarsıntılar, seksual aktivliyin azalması, alkoqol-narkotikdən asılılıq, qisas hissi sair. Ailədə zorakılıqdan əziyyət çəkən qadınların vəziyyətinə diqqətin ayrılması, onların cəmiyyətdə bərabər hüquqlu iştirakını təmin etmək məqsədi daşıyır. Ailə üzvlərinin, ələlxüsus da uşaqların fiziki zehni inkişafı üçün ailənin idarə edilməsində qadının iştirakı vacib amildir. Ailədə zorakılığa məruz qalan qadın tez-tez depressiyaya düşür, sağlamlığında problemlər yaranır, intihara meyilli olur.

Belə qadınların fiziki intellekt inkişafı geriləyir. Bu isə bir başa uşaqların inkişafına təsir göstərir. Döyülmüş (fiziki zorakılıq) qadınların davranış mexanizmləri ailədə zorakılıqdan danışarkən, bəzən bir sıra məqamlara səthi yanaşılır bu da ailədə zorakılığın vəziyyətini araşdırmaqda maneələr törədir. ABŞ-da keçirilmiş tədqiqatların nəticələri göstərib ki, qadınlara qarşı zorakılıq mövcud olan ailələrdə uşaqların (30%-dən 60%-ə qədər) da zorakılığa məruz qalması labüddür. Analoji tədqiqatlar Rusiyada da öz təsdiqini tapıb. Yaşından asılı olaraq zorakılığa məruz qalmış ya zorakılığın şahidi olmuş uşaqların problemə münasibəti fərqli olur. Hazırda bütün ölkələrdə ailədaxili zorakılıq qurbanlarına yardım üzrə ixtisaslaşan təşkilatların nəzdində mövcud olan sığınacaqlara böhran mərkəzləri, ərazi üzrə fəaliyyət göstərən sosial xidmət mərkəzləri, qaynar xətlər, psixoloji mərkəzlər, ailə uşaq mərkəzlərini aid etmək olar. Bu mərkəzlər ailədə mövcud problemlərinin həlli yolunda əhaliyə yardımlar göstərir. Zorakılığa məruz qalmış şəxslərə göstərilən yardımlar öz spesifikliyi ilə fərqləndiyindən - kimin yardım göstərməsi ( psixoloq, sosial işçi ya digər mütəxəssis), kimə yardım göstərməsi (ailədaxili zorakılıq qurbanı, cinsi zorakılığa məruz qalmış şəxs ya sadəcə, fiziki zorakılıq qurbanı), hansı formada yardım göstərməsi (məsləhət, sosial dəstək) mərhələləri diqqətlə öyrənilməli planlaşdırmalıdır.

Qadın hüquqları insan hüquqlarının ayrılmaz hissəsidir: bu deviz bütün təbliğat kampaniyalarının əsas strategiyasının tərkib hissəsini təşkil etməlidir. Eyni zamanda, kampaniyada, qadınlara qarşı zorakılığın insan haqlarının pozuntusu ilə birbaşa bağlı olan məsələ olması dəqiq nümayiş etdirilməlidir.

Kamil HƏMZƏOĞLU

 





09.09.2014    çap et  çap et