525.Az

Zaxarova: Ukrayna SQ-nin əks-hücum əməliyyatları Rusiya üçün uğurlu olub


 

Zaxarova: Ukrayna SQ-nin əks-hücum əməliyyatları Rusiya üçün uğurlu olub<b style="color:red"></b>

Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı Kiyev üçün deyil, Rusiya üçün uğurlu olub.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında bildirib.

Bir müddət əvvəl Ukrayna Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində bildirib ki, o, xaricdən gələn köməyi və ölkə silahlı qüvvələrinin malik olduğu imkanları nəzərə alaraq əks-hücum əməliyyatını “kifayət qədər uğurlu” hesab edir.

“O, əks-hücum əməliyyatının Rusiya üçün uğurlu olub”, - Zaxarova Ermaka Yermakın fikrini şərh edərkən deyib.

Qeyd edək ki, yanvarın 16-da Rusiya prezidenti Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun tam şəkildə uğursuzluğa urğadığını elan edib.

 





20.01.2024    çap et  çap et