525.Az

Bakıda gənc oğlan bıçaqlanıb


 

Bakıda gənc oğlan bıçaqlanıb<b style="color:red"></b>

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər xəsarət alıb.

525.az xəbər verir ki, olay Savalan yaşayış massivində yaşanıb.

Belə ki, 1996-ci il təvəllüdlü Emin Eynullayev tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Bıçaqlanaraq ağır xəsarət alan E.Eynullayev Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları araşdırır.

 





21.01.2024    çap et  çap et