525.Az

TGT 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirib - FOTOLAR


 

TGT 20 Yanvar faciəsi ilə bağlı silsilə tədbirlər keçirib - <b style="color:red">FOTOLAR</b>

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və üzv Tələbə Gənclər Təşkilatları(TGT) tərəfindən 17-20 yanvar tarixləri aralığında “UNUTMADIQ!” həftəsi çərçivəsində silsilə tədbirlər keçirilib.

525.az xəbər verir ki, həyata keçirilən tədbirlər çərçivəsində tələbə gənclər xalqı bir amal uğrunda birləşdirən, müstəqillik yolunda atılan ən inamlı addımın bariz nümunəsi olan 20 Yanvar qəhrəmanlarının xatirəsini ehtiramla yad ediblər.

"100MİN" proqramı çərçivəsində ali və orta ixtisas təhsili müəssisələrində fəaliyyət göstərən TGT-lər tərəfindən həftə ərzində müxtəlif istiqamətli layihələr təşkil olunub. “20 Yanvar faciəsi xalqımızın və cəmiyyətimizin yaddaşında” adlı diskussiya, “Qan qoxan tarix”, “Yaddaşlarda qalan gün” və  “Silinməz tarix” adlı dəyirmi masa, “Faciə həqiqətləri”, “Qanlı tarix”, “Yanvarın susmaz səsi”, “20 Yanvar - Ümumxalq hüzn günü”, “Qan Yaddaşımız” və “Göylərə qalxan səs” adlı konfranslar keçirilib, Bakı və regionlarda olan Şəhidlər Xiyabanları ziyarət edilib.

“ÇƏTİR” proqramı çərçivəsində tələbələr 20 yanvar faciəsinə həsr olunan  silsilə proqramlar icra edib. Tələbə klublarının təşkilatçılığı ilə paytaxt və regionlardakı Şəhidlər Xiyabanları  ziyarət edilərək faciə qurbanları yad olunub. Tələbələr üçün faciə şahidləri ilə “Tarixin Şahidi” adlı görüş, “Müstəqilliyin imzası” adlı dəyirmi masa, həmçinin, “Qan Yaddaşı” bədii tədbiri və faciədən bəhs edən qısametrajlı “Qəhrəmanlar unudulmur” adlı film günü təşkil olunub.

Azərbaycan Tələbə Gənclər Təşkilarları İttifaqının təşkilatçılığı ilə paytaxt Bakıda yerləşən Şəhidlər Xiyabanına 3000 tələbə gəncin iştirakı ilə kütləvi yürüş təşkil edilib. 

Keçirilən silsilə tədbirlər müstəqilliyimiz uğrunda ölümün üzərinə yeriyən Vətən övladlarının daim tələbə gənclərin qəlbində yaşadığını, hər zaman qürur hissi ilə anıldığını bir daha sübut edir.  Bu gün müstəqil Azərbaycan xalqı Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin ətrafında hər zaman sıx birləşib, Vətənimizin müstəqilliyi uğrunda canlarından belə keçməyə hazır olduqlarını bir daha sübut ediblər.

 





21.01.2024    çap et  çap et