525.Az

Cəlilabadda yol qəzası - Xəsarət alanlar var


 

Cəlilabadda yol qəzası - <b style="color:red">Xəsarət alanlar var</b>

Cəlilabad rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

525.az "Report"a istinadən xəbər verir ki, hadisə Silsilə deyilən ərazidə qeydə alınıb.

Belə ki, "Pajero" və "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 3 nəfər rayon sakini, 1992-ci il təvəllüdlü Elxan Quluzadə, 1991-ci il təvəllüdlü Orxan Hüseynzadə və 1995-ci il təvəllüdlü Əsgər Quliyev xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

 





21.01.2024    çap et  çap et