525.Az

Kayseridə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib


 

Kayseridə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib<b style="color:red"></b>

Türkiyənin Kayseri şəhərinin Talas rayonunda 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

525.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.

“Səfirliyimiz, Kayseri Talas Bələdiyyəsi və Şuşa Azərbaycan Evinin birgə təşkil etdiyi “20 Yanvar: Müstəqilliyə gedən yolun başlanğıcı” adlı tədbirdə səfir Rəşad Məmmədov iştirak edib və çıxış edib”, – Azərbaycanın Ankaradakı diplomatik missiyasının mətbuat xidməti diqqətə çatdırıb.

 





21.01.2024    çap et  çap et