525.Az

Ukrayna özünün “Surovikin xəttini” qurur


 

Ukrayna özünün “Surovikin xəttini” qurur<b style="color:red"></b>

Ukrayna Rusiya Silahlı Qüvvələrinin mümkün hücumu fonunda özünün “Surovikin xətti”ni qurmağa başlayıb.

525.az APA -ya istinadən xəbər verir ki, “Surovikin xətti” Rusiya qoşunlarının Ukrayna Silahlı Qüvvələrinin hücumunu dəf etmək üçün qurduqları səngərlər, mina sahələri, tikanlı məftillər və atəş mövqeləri şəbəkəsinə aiddir, o zaman birləşmiş qüvvələr qrupunun komandiri ordu generalı Sergey Surovikin idi.

Nəşrin məlumatına görə, Ukrayna mövqeləri möhkəmləndirmək üçün 965 km-dən çox yeni beton xəndəklər və yeraltı komanda mərkəzləri inşa edib.

“Cəbhənin 621 mildən (təxminən 965 km) çox uzanan əsas hissələri boyunca yeni istehkamlar meydana çıxdı, çünki Kiyevin xaotik əks-hücum əməliyyatı hərbi analitiklərin “aktiv müdafiə” adlandırdığı bir şeyə çevrildi. Yeni müdafiə strukturları "Surovikin xətti"nə çox oxşardır...." - materialda deyilir.

 





21.01.2024    çap et  çap et