525.Az

Florida qubernatoru ABŞ prezidentliyi yarışından geri çəkildi


 

Florida qubernatoru ABŞ prezidentliyi yarışından <b style="color:red">geri çəkildi</b>

ABŞ-də Florida qubernatoru Ron DeSantis 2024-cü ildə keçiriləcək prezident seçkilərində namizədliyini geri götürdüyünü açıqlayıb.

525.az xəbər verir ki, DeSantis geri çəkilmə qərarını "X" sosial media hesabında paylaşdığı video ilə açıqlayıb.

Respublikaçıların ABŞ-nin keçmiş prezidenti Donald Trampa daha bir şans vermək istədiyini deyən DeSantis: "Donald Tramp və mənim aramda COVID-19 pandemiyası və Entoni Fauci seçimi ilə bağlı bəzi fikir ayrılıqları var idi. Ancaq Trampın hazırkı prezident Co Baydendən üstün olduğu aydındır", - deyə bildirib.

Qeyd edək ki, DeSantis Respublikaçı namizədi dəstəkləyəcəyinə söz verdiyini və bu sözə əməl edəcəyini bildirib.

Məhəmməd Tağıyev

 





22.01.2024    çap et  çap et