525.Az

Aİ XİN başçıları bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcəklər


 

Aİ XİN başçıları bu gün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcəklər<b style="color:red"></b>

Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin bu gün Brüsseldə keçiriləcək iclasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi müzakirə olunacaq.

525.az “Report”a istinadən xəbər verir ki,  Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell mövzu ilə bağlı təqdimatla çıxış edəcək.

Bundan başqa, nazirlər Ukraynaya uzunmüddətli hərbi və iqtisadi yardım, Fələstin-İsrail münaqişəsi, Aİ-nin Qırmızı dənizdəki missiyası və Rusiyaya qarşı 13-cü sanksiyalar paketi haqqında fikir mübadiləsi aparacaqlar.

 





22.01.2024    çap et  çap et