525.Az

Ermənistan XİN başçısı səfirlərlə sülh gündəliyini müzakirə edib


 

Ermənistan XİN başçısı səfirlərlə sülh gündəliyini müzakirə edib<b style="color:red"></b>

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada Ermənistanın Avropa ölkələri, ABŞ və Kanadadakı səfirləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.

525.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Aysor” məlumat yayıb.

Nazir diplomatlarla Cənubi Qafqazdakı mövcud vəziyyəti, Azərbaycanla sülh gündəliyini müzakirə edib.

Görüşdə, həmçinin beynəlxalq və regional mövzular ətrafında fikir mübadiləsi aparılıb.

 





22.01.2024    çap et  çap et