525.Az

Belçikada Qəzzaya dəstək nümayişi


 

Belçikada Qəzzaya dəstək nümayişi<b style="color:red"></b>

Belçikanın paytaxtı Brüsseldə toplaşan minlərlə insan Qəzzada atəşkəs çağırışı ilə yürüş təşkil edib.

525.az xəbər verir ki, Brüssel Şimal Vağzalının qarşısına toplaşanlar Pleys Jean Rey Meydanına gediblər.

İştirakçılar həmçinin Fələstin və Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı soyqırım iddiası qaldıran Cənubi Afrika Respublikasının bayraqlarını "Fələstinə ədalət " şüarları ilə daşıyıblar.

Qeyd edək ki, nümayişçilər arasında Sosialist Partiyasının sədri Paul Magnette də yer alıb.

Məhəmməd Tağıyev

 





22.01.2024    çap et  çap et