525.Az

Nigeriyada avtobus qəzası: 16 ölü


 

Nigeriyada avtobus qəzası: <b style="color:red">16 ölü</b>

Nigeriyanın Kaduna əyalətində avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb.

525.az xəbər verir ki, Nigeriya Milli Yol Təhlükəsizliyi Kaduna əyalətinin direktoru Kabir Nadabo verdiyi açıqlamada sərnişin avtobusunun Kaduna-Kano şossesində çuxura düşdüyünü bildirib. Nadabo qəza nəticəsində 16 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını qeyd edib.

Müalicə altında olan yaralılardan bəzilərinin sağlamlıq vəziyyətinin ağır olduğunu deyən Nadabo, ölənlərin sayının artacağından narahat olduğunu bildirib.

Məhəmməd Tağıyev

 





22.01.2024    çap et  çap et