525.Az

Pakistanda son 10 gündə 42 uşaq pnevmoniyadan ölüb


 

Pakistanda son 10 gündə 42 uşaq pnevmoniyadan ölüb<b style="color:red"></b>

Pakistanın Pəncab əyalətində artan duman səbəbindən son 10 gündə 42 uşaq sətəlcəmdən ölüb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Pakistanın Pəncab əyalətində müşahidə olunan sıx duman həyata mənfi təsir göstərib.

Ölkəni bürüyən duman səbəbindən sətəlcəm hallarında artım müşahidə edilib.

Pəncab əyalətində son 10 gündə 42 uşaq sətəlcəmdən ölüb.

Pəncab Səhiyyə Nazirliyindən verilən açıqlamada sətəlcəm hallarında ciddi artım müşahidə edildiyi və yüzlərlə uşağın sətəlcəmdən müalicə edildiyi qeyd edilib.

Dünən 668 sətəlcəm hadisəsinin aşkar edildiyi qeyd edilən açıqlamada, əyalətdə sətəlcəm hadisələrinin sayının 7700-ə yüksəldiyi ifadə edilib.

Malik Atilay

 





22.01.2024    çap et  çap et