Mərakeşli 12 yaşlı Yusif əl-Tazi Tanzaniyada dəniz səviyyəsindən 5 895 metr hündürlükdə olan Afrika qitəsinin ən yüksək dağı Kilimancaronun zirvəsinə qalxmağı bacarıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, əlində Mərakeş bayrağı olan Tazi, Şərqi Afrika ölkəsi Tanzaniyada dəniz səviyyəsindən 5,895 metr yüksəklikdə yerləşən Kilimancaro dağının zirvəsindən bir video paylaşımında: “Mən ən kiçik Mərakeş ərəbi olaraq tarixi bir uğura nail olmaqdan qürur duyuram", - deyib.
Kilimancaro zirvəsini örtən qarın arasında çıxış edən Tazi: "Ölkəmi beynəlxalq səhnədə qürurla təmsil etdiyim və sevimli ölkəmizin uşaq və gənclərini şərəfləndirdiyim üçün çox xoşbəxtəm", - deyə əlavə edib.
Tazi Kilimancaro zirvəsinə dırmaşmaq üçün neçə saat sərf etdiyini açıqlamasa da: “Uşaqlıqdan bəri yüksək dağlara qalxmaq həvəsim, məqsədim ailəmin bütün üzvləri, xüsusilə atam Ömər ət-Tazi tərəfindən dəstəklənib", - deyə qeyd edib.
Malik Atilay
çap et