525.Az

ABŞ-də əlverişsiz hava şəraiti: 80-dən çox ölü


 

ABŞ-də əlverişsiz hava şəraiti: <b style="color:red">80-dən çox ölü</b>

ABŞ-nin bir çox bölgəsində son bir həftə ərzində yaşanan sərt hava şəraitinin yaratdığı hadisələrdə ölkə daxilində 80-dən çox insan həyatını itirib.

525.az xəbər verir ki, milyonlarla amerikalı əlverişsiz qış şəraitindən təsirlənib. Buz fırtınası səbəbiylə elan edilən fövqəladə vəziyyət qərb sahilindəki Oreqon ştatında davam edərkən, Pensilvaniya, Kaliforniya və İndiana ştatlarında da elektrik enerjisi kəsilib.

Son bir həftədə ölkə daxilində sərt hava şəraitinin yaratdığı qəzalarda 80-dən çox insan həyatını itirərkən, soyuq havanın həftənin əvvəlində də davam edəcəyi açıqlanıb.

Məhəmməd Tağıyev

 





22.01.2024    çap et  çap et